Evlilik kişilərin ömrünü uzadır – ARAŞDIRMA 

Evlilik kişilərin ömrünü uzadır – ARAŞDIRMA 

Hazırda oxunan: Evlilik kişilərin ömrünü uzadır – ARAŞDIRMA 

54295

Ola bilsin ki, həyat yoldaşı bəzən ərini incidir, lakin onun sayəsində kişi öz fiziki və əqli sağlamlığını qoruyur.  

Bizim.Media xəbər verir ki, aparılan araşdırmalar nəticəsində evliliyin kişilərin ömrünü uzadan amillərdən biri olduğu məlum olub.

“O, əvvəlki kimi görünmür, gileylənir, səliqəsizlik səbəbindən danlayır, azadlıqlarımı məhdudlaşdırır”, kimi fikirlər kişilər tərəfindən səsləndirilsə də, əslində həyat yoldaşının sağlamlıq cəhətdən ərinə verdiyi faydalar bu gileylərdən xeyli çoxdur.

İlk növbədə münasibətlərdən qaçaraq kişi fiziki və ruhi sağlamlığına zərər verir.  Xüsusilə də, onlarda ürək-damar və onkoloji xəstəliklər, “Alzheimer” riski artır.

“Harvard Health Publishing” tərəfindən aparılan araşdırmada, subay kişilər evli kişilərə nisbətən ürək problemləri ilə üç dəfə daha çox qarşılaşırlar.

Öz növbəsində, “Framingham Heart Study”nin tədqiqatları sübut edir ki, evli kişilərin infarktdan ölmə ehtimalı subay kişilərə nisbətən 46% azdır. Xərçəng xəstəliyində isə vəziyyət bir qədər fərqli görünür: hər iki qrupda xəstələnmə nisbəti təxminən eynidir, lakin subay kişilər adətən öz xəstəlikləri barədə sonrakı mərhələdə xəbər tuturlar.

Beyin hamıda qocalır, lakin London Kollecinin alimlərinin araşdırmasının nəticələrinə görə, tənha insanlarda bu orqanın deqradasiyası prosesi ailəli olanlara nisbətən daha sürətli olur.

Uzun müddət tək yaşayan kişilərdə demans riski (Alzheimer də daxil olmaqla) evlilərə nisbətən 42% daha yüksəkdir. 
 

Tənha həyat tərzi təkcə beynin vəziyyətinə deyil, psixikaya da təsir edir. Tək yaşayan yaşlı kişilərin depressiyaya düşmə ehtimalı evli və ya subay qadınlardan iki dəfə çoxdur.


Üstəlik, onların depressiyası daha ciddi nəticələrə səbəb ola bilir. Harvard Tibb Məktəbinin məlumatına görə, 40-75 yaşlarında olan subay kişilər evli (hətta subay qadınlar) ilə müqayisədə iki dəfə çox intihar edirlər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO