Azərbaycanda pravoslav xristianları Milad bayramını belə qeyd edirlər - VİDEOREPORTAJ

Azərbaycanda pravoslav xristianları Milad bayramını belə qeyd edirlər - VİDEOREPORTAJ

Hazırda oxunan: Azərbaycanda pravoslav xristianları Milad bayramını belə qeyd edirlər - VİDEOREPORTAJ

54273

Bu gün pravoslav xristianları İsa Peyğəmbərin mövludunu - Milad bayramını qeyd edirlər.

Bizim.Media xəbər verir ki, Azərbaycanın bütün pravoslav məbədlərində bayram ibadəti keçirilib.

İnanclı şəxslər üçün xüsusi əhəmiyyət kəsb edən bu gün insanların bir-birinə hörmətini və müdrikliyini, bütün fikir ayrılıqlarını unutmaq və sevinmək vaxtını təcəssüm etdirir.

Bayramdan öncə pravoslavlar 40 günlük Milad pəhrizi tuturlar. Bu pəhriz dövründə insanlar yumurta, ət və süd məhsullarından, spirtli içkilərdən imtina edir, yalnız bəzən balıq yeyirlər.

Pəhriz noyabrın 28-i başlayır və yanvarın 7-dək davam edir. Pəhrizin başa çatması tarixindən əvvəlki gün həvari Filippin anım günü olduğundan həmin gün Filipp Günü də adlanır.

Milad masası arxasına Vifleyem ulduzu göründükdən sonra oturmaq lazımdır. Müqəddəs Axşam dua və Milad şamlarının yandırılması ilə başlanır.
Bizim.Media-nın Bakıdakı Rus Provaslav Kilsəsindən hazırladığı fotoreportajı təqdim edirik:

Bizim.Media

 


















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO