Bakıda oğurlanan azyaşlının anası DANIŞDI: “Üzündə maska olan qadın...” - VİDEO

Bakıda oğurlanan azyaşlının anası DANIŞDI: “Üzündə maska olan qadın...” - VİDEO

Hazırda oxunan: Bakıda oğurlanan azyaşlının anası DANIŞDI: “Üzündə maska olan qadın...” - VİDEO

54247

“Üzündə maska olan o qadın həmin yerə bir neçə dəfə gəlib. Amma mən onu tanımıram”.

Bizim.Media xəbər verir ki, bu sözləri 9 gün öncə Bakıda itən 2 yaşlı uşağın anası Reyhan Şıxəliyeva ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramında deyib.

Uşağı bir qadının apardığı iddialarına aydınlıq gətirən ana həmin insanı tanımadığını bildirib:

“5 övladım var. Həyat yoldaşım fəhlə işləyərək ailəni dolandırır. Məhəmməd evimizin ən balacasıdır. Uşaqlar deyirdi ki, oğlumu bir qadın gəlib aparıb. Ərazidə olan kameraya da həmin qadının görüntüləri düşüb, üzündə maska var. Həmin yerə gəlib, amma uşağı götürüb aparması görüntüyə düşməyib. Mən o qadını tanımıram, evimizə necə gəldiyini də bilmirəm. Heç kimə borcumuz da yoxdur”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO