Bakıda ağır yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Bakıda ağır yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Bakıda ağır yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

54197

Masazır qəsəbəsində yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Masazır dairəsində qeydə alınıb.

“Kia” markalı avtomobilin sürücüsü dairədə hərəkətdə olan “Hyundai” markalı nəqliyyat vasitəsinə yol verməyib.

Nəticədə “Hyundai” qəza zamanı divara çırpılıb. Qəza zamanı iki nəfər xəsarət alıb. “Hyundai” markalı avtomobilin xəsarət alan sürücüsü salonda sıxışıb qaldığından əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Sıxışıb qalan sürücü çıxarılaraq təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib.

Abşeron Rayon Polis İdarəsinin təhqiqatçısı avtotexniki ekspertiza təyin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO