Ova gedən şəxsdən sənədsiz silah aşkarlandı

Ova gedən şəxsdən sənədsiz silah aşkarlandı

Hazırda oxunan: Ova gedən şəxsdən sənədsiz silah aşkarlandı

54190

Masallıda qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Bİzim.Media-ya verilən məlumata görə, Masallı rayonu ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən rayon sakini N.Səfərov saxlanılıb.

Ondan 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl quşları aşkarlanıb.

Faktla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) və 590.2-ci (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) maddələri ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Bİzim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO