Azərbaycanlıları Xristinalığa dəvət edən SEKTA – Facebookda YENİ DƏLƏDUZLUQ

Azərbaycanlıları Xristinalığa dəvət edən SEKTA – Facebookda YENİ DƏLƏDUZLUQ

Hazırda oxunan: Azərbaycanlıları Xristinalığa dəvət edən SEKTA – Facebookda YENİ DƏLƏDUZLUQ

54140

Zamanla sosial şəbəkələrdə qarşımıza müxtəlif dini sektaların təbliğat kampaniyaları ilə bağlı postlar çıxır. Bu cür postlar bəzən açıq şəkildə, bəzən isə qapalı formada sosial şəbəkələrdə yayımlanırlar. 

Azərbaycan dünyəvi dövlət olsa da, islam dininə etiqat edir. Bu təbliğatlar isə insanları din dəyişmək üçün məbədlərə dəvət edirlər. Bu cür sektaların təbliğatı ən çox Facebook sosial şəbəkəsində yayımlanır və azərbaycanlılar üçün nəzərdə tutulur. Çünki təbliğatlar sırf azərbaycan dilində aparılır. Əsasən xristian dininə dəvət edən sektalar müxtəlif hədiyyələr təklif etmək, tədbirlər həyata keçirməklə insanları bu qruplara dəvət edirlər.

Maraqlıdır, bu səpgidə olan reklam kampaniyaları sosial şəbəkələrdə necə yayımlanır və hallara qarşı hansı nəzarət mexanizmi var?

Bizim.Media məsələ ilə bağlı Dövlət Reklam Agentliyinə müraciət etdik. Lakin qurumdan bildirdilər ki, internet vasitəsilə yayımlanan reklam xarakterli postlara idarə nəzarət etmir.

Sosial şəbəkə reklamalarının nəzarət prinsipləri...

İT mütəxəssisi Elvin Abbasov Bizim.Media-ya açıqlamasında bildirib ki, beynəlxalq resurslarda qeydiyyatdan keçən sosial şəbəkə və ya internet saytları qeydiyyata alındığı ölkənin qanunlarına tabedir. 

“Əgər Facebook Azərbaycanda rəsmi ofis açsa idi, onda onlar azərbaycana vergi ödəyəcək və dövlət qanunlarına tabe olmalı idi.  Başqa hallarda isə bu mümkün deyil. Sosial şəbəkə resursları Azərbaycanda ofis açmadığı müddətcə, biz öz qanunvericiliyimizi onlara diqtə edə bilmərik”.

Ekspert həmçinin qeyd edir ki...

“Lakin məsələdə cinayət tərkibli hər hansı bir əsas olsa məsələn oğurluq, adam öldürmə, qarət, dələduzluq və.s o zaman Azərbaycanın güc strukturları buna müdaxilə edə bilər. Bu zaman qanunu pozan şəxs həbs edilib, məhkəmə qarşısına çıxarıla bilər. Əgər o şəxs kiminsə mülkiyyətinə ziyan vurubsa, onu aldadaraq mal varlığını ələ keçiribsə, sekta qurubsa həmin o şəxslə Azərbaycan qanunvericiliyi vasitəsilə mübarizə aparmaq olar”. 

Azərbaycan dövləti isə...

Ekspert bildirir ki, məsələdə başqa məqam da var. Onun sözlərinə görə əgər bu təbliğat kütləvi hal alarsa dövlərt buna müdaxilə edə bilər. 
“Əgər bu bizim milli, dini, irsi və mənəvi dəyərlərimizə çox zidd hərəkətlərdisə, o zaman dövlət ölkədə həmin o sosial şəbəkəyə qadağa qoya bilər və ümumiyyətlə, həmin inetnet resursu bağlana bilər”.

Məsələ ilə bağlı ilahiyyatçı Elşad Mirinin də fikirlərini öyrənməyə çalışdıq. Maraqlıdır, islam dininə qulluq edilən bir ölkədə insanları müxtəlif yollarla xristianlığa sövq etmək nə dərəcədə doğrudur?

İlahiyyatçı bildirdi ki...

“Azərbaycanda yaşayan bir xristian öz dinini yaymaq üçün ona verilən hüquqlarından istifadə edə bilər, bu onun haqqıdır. Digər tərəfdən müsəlmanların bir-birini qırdığı bir vaxtda bu cür təbliğatlar daha geniş yayılıb, onlar bu taktikadan dünyann hər bir yerində istifadə edirlər. Dünyada ən çox missionerliklə məşğul olanlar katoliklərdir. Bu gün onlar quruma müəyyən məbləğ ödəyərək sosial şəbəkələrdə məshəblərini, dinlərini rahat şəkildə təbliğ edə bilirlər”.

Lakin buna qarşı düzgün addımlar atılmalıdır...

Sonda Elşad Miri qeyd edib ki, bu cür təbliğatlara qarşı isə xüsusi addımlar atılmalıdır.

“Bu gün Azərbaycanda dinlə məşğul olan qurumlar və yaxud da bu iddiası olan şəxslər özlərini daha düzgün maarifləndirmə işlərini ümumi şəkildə qurub həyata keçirməlidirlər. Əgər bunu onlar etməyəcəklərsə, o boşluğu başqaları dolduracaq. Bu aksiomadır”.
Məsələ ilə bağlı Dini Üzrə Qurumlar üzrə Dövlət komitəsinə müraciət etdik. Lakin qurum sualla bağlı rəsmi qaydada müraciət etməyimizi istədi. 

Cavabı hələ də gözləyirik...

Məsələni diqqətdə saxlayacağıq...

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO