Son günlərdə sosial şəbəkələrdə “Ləzzət” Kulinariya evi tərəfindən Şuşa torpağının hədiyyəlik qablarda hazırlanıb təqdim olunması ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Kimi bu təşəbbüsün kreativ olduğunu dilə gətirib, kimisi isə “torpağı satmaq, onu hədiyyə etmək olmaz” deyərək, görülən işi pisləyib.
Bizim.Media məsələyə aydınlıq gətirmək üçün “Ləzzət”-in İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq.
Zəngimizi cavablayan Turan Qaracayeva qablaşdırılmış Şuşa torpağının satış üçün olmadığını dilə gətirib:
“Biz bunu reklam üçün etməmişik. Ümumiyyətlə bizim reklama ehtiyacımız yoxdur. Sadəcə bizim rəhbər nümayəndə Şuşaya getmişdi və oradan torpaq gətirmişdi. Biz də buna çox sevinərək, torpağı o şəkildə qablaşdırdıq. Və istəyən işçilərə, dostlara, müştərilərə ödənişsiz verdik. Bir növ sevincimizi paylaşmaq kimi. Burada ödənişdən, satmaqdan söhbət gedə bilməz”.
Tanınmış teleaparıcı Turan İbrahimov saytımıza mövzu ilə bağlı öz mövqeyini bildirib. Onun sözlərinə görə, bu addımda heç bir qəbahət yoxdur:
“Əgər kimlərsə bu cür yanaşma ilə marketinq işini qura bilirsə, onları ancaq alqışlamaq lazımdır. Bazar iqtisadiyyatının tələbinə uyğun şəkildə davranırlar.
Hazırda əhalinin böyük bir qisminin həssas mövzusu işğaldan azad olmuş ərazilərimiz, topaqlarımızdır. Ona görə də həmin yerlərdən gələn torpaq hamı üçün əziz hesab edilir. Bu əsnada şirkətin gördüyü iş qeyri-qanuni deyilsə, qınanılası heç nə yoxdur. Mən praqmatik yanaşıram məsələyə. Amma etiraz edən şəxsləri də başa düşürəm. Bu elə məqamdır ki, qarşı çıxan və ya normal qarşlayan hər iki tərəfə haqq qazandırmaq başa düşüləndir”.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:28 / 06.01.2022
Şuşa torpağını hədiyyə edənlərə Turan İbrahimovdan MÜNASİBƏT: “Bu qeyri-qanunidirsə...”
Hazırda oxunan: Şuşa torpağını hədiyyə edənlərə Turan İbrahimovdan MÜNASİBƏT: “Bu qeyri-qanunidirsə...”
Hazırda oxunan: Şuşa torpağını hədiyyə edənlərə Turan İbrahimovdan MÜNASİBƏT: “Bu qeyri-qanunidirsə...”
54114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.