Avtomobilində qanunsuz odlu silah gəzdirən şəxs tutuldu – FOTO

Avtomobilində qanunsuz odlu silah gəzdirən şəxs tutuldu – FOTO

Hazırda oxunan: Avtomobilində qanunsuz odlu silah gəzdirən şəxs tutuldu – FOTO

53971

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları avtomobildə qanunsuz odlu silah gəzdirən şəxsi saxlayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ”VAZ-2106” markalı nəqliyyat vasitəsinin sürücüsü Emil Hacıyev yol hərəkəti qaydalarını pozduğu üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. 

Polis əməkdaşı avtomobilə yaxınlaşdıqda oturacağın üzərində ov tüfənginin olduğunu görüb və yoxlama zamanı həmin “İJ” markalı odlu silahın müvafiq sənədlərinin olmadığı, eləcə də daşınma qaydalarının pozulduğu aşkarlanıb.

E.Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO