Gəncədə 5 məktəbdə e-jurnal tətbiq olunur - DETALLAR

Gəncədə 5 məktəbdə e-jurnal tətbiq olunur - DETALLAR

Hazırda oxunan: Gəncədə 5 məktəbdə e-jurnal tətbiq olunur - DETALLAR

53936

Gəncədə yeni elektron e-jurnal pilot layihəsinin reallaşdırılmasına başlanılıb. 

Bu barədə məlumatı Bizim.Media-nın yerli bürosuna Gəncə Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev verib.

Onun sözlərinə görə, şəhərin 4, 14, 16, 27 və 39 saylı orta məktəblərində e-jurnal lahihəsi uğurla tətbiq olunur:

“Gəncədə artıq 5 orta ümumtəhsil məktəbində elektron jurnalın tətbiqinə başlanılıb. Pilot layihə olduğu üçün paralel olaraq ənənəvi jurnaldan da istifadə olunur. Lakin e-jurnal həm müəllimlərin, həm də şagirdlərin tədrisə və davamiyyətə daha da ciddi, məsuliyyətli yanaşılmasına imkan yaradır, çevikliyi xeyli artırır.

Belə ki, elektron jurnalda istər məktəb rəhbərliyi, istərsə regional təhsil idarəsi, istərsə də Azərbaycan Təhsil Nazirliyindən internet vasitəsilə həm davamiyyətə, həm də tədris olunan mövzulara nəzarət edə bilirlər.
Təbii ki, bu da tədris verənlə dərs alanın məsuliyyətini daha da artırır” deyə A. Qədiməliyev əlavə edib. 

Regional Təhsil İdarəsinin rəisi onu da əlavə edib ki, bu pilot layihə öz effektivliyi ilə fərqlənir və çox güman ki, gələcəkdə digər orta məktəblərdə də tətbiq oluna bilər.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO