Bayram günlərində milli parklarımızı 1884 turist ziyarət edib

Bayram günlərində milli parklarımızı 1884 turist ziyarət edib

Hazırda oxunan: Bayram günlərində milli parklarımızı 1884 turist ziyarət edib

53919

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları günlərində Azərbaycanın milli parklarına 1884 turist səfər edib.

Bizim.Media xəbər verir verir ki, bu barədə informasiyanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova yayıb. 

Mənbə qeyd edir ki, bayram tətili günlərində Göygöl və Şahdağ milli parklarını daha çox turist ziyarət edib:

“Bu da əsasən yüksək dağlıq ərazilərdə müşahidə olunan qarlı hava şəraiti ilə bağlıdır. Eyni zamanda, ölkəmizin füsunkar guşələrində yerləşən milli parkların təbliği, orada təşkil olunan maarifləndirici tədbirlər, milli parklardan bütün fəsilləri əhatə edən və biomüxtəlifliyi əks etdirən maraqlı, rəngarəng video və fotogörüntülər də gözəl təbiət ərazilərimizə olan marağı ilbəil artırır.

Vətəndaşlarımız və Azərbaycana gələn qonaqlar tətillərdə, bayram günlərində milli parkları ziyarət etməyə üstünlük verir və bu səbəbdən ziyarətçilərin sayı nəzərəçarpacaq dərəcədə artır.

Ümumilikdə, ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO