Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün İMTAHAN – Hər fəndən 10 sual olacaq

Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün İMTAHAN – Hər fəndən 10 sual olacaq

Hazırda oxunan: Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün İMTAHAN – Hər fəndən 10 sual olacaq

53913

Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək.

Bizim.Media xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) müdirinin əmrinə əsasən, eksternat imtahanı yanvarın 7-də təşkil olunacaq.

Ümumi təhsil müəssisələri tərəfindən müvafiq müşayiət məktubu ilə adları təqdim edilmiş şagirdlərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq.

İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək.
Test imtahanından uğurla keçən istedadlı şagirdlərin eyni zamanda müxtəlif fənn proqramlarını mənimsəmə səviyyəsi, psixoloji sağlamlığı, yaradıcı potensialı və ümumi dünyagörüşü də yoxlanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO