Bakı-Ələt yolunda AĞIR QƏZA: 8 nəfər yaralandı, 2-si türkdür

Bakı-Ələt yolunda AĞIR QƏZA: 8 nəfər yaralandı, 2-si türkdür

Hazırda oxunan: Bakı-Ələt yolunda AĞIR QƏZA: 8 nəfər yaralandı, 2-si türkdür

53894

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda, 2 müxtəlif ərazidə ağır avtomobil qəzaları baş verib.

Bu barədə Bizim.Media-ya Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

O bildirib ki, hər iki qəzada ümumilikdə 8 nəfər xəsarət alıb.

Baş verən ilk qəza nəticəsində Mərkəzə 5 yaralı gətirilib. Yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Bir qədər sonra baş verən ikinci qəzadan isə KTM-ə 3 yaralı gətirilib. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır. Hər üç yaralıya ilk tibbi yardım göstərilib, vəziyyətiləri kafidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO