Xaçmazda qadın intihardan öncə oğluna zəng edib və... - FOTO

Xaçmazda qadın intihardan öncə oğluna zəng edib və... - FOTO

Hazırda oxunan: Xaçmazda qadın intihardan öncə oğluna zəng edib və... - FOTO

53829

Yanvarın 3-ü axşam saatlarında özünü Samur-Abşeron kanalına atan 50 yaşlı Sərvinaz Rüstəmova ilə bağlı yeni faktlar üzə çıxıb.

O, özünü kanala atmazdan öncə  25 yaşlı oğluna zəng edərək intihar edəcəyini deyib. 

Bu barədə Bizim.Media-ya Səlminaz Rüstəmovanın qohumu Məhəmməd Babayev məlumat verib.

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda özünü kanala atan qadının axtarışları davam edir

Xaçmazda qadın özünü kanala atıb - FOTO


Onun sözlərinə görə, qadın evdə 8 il əvvəl əvvəl vəfat edən anasının qəbrini ziyarət edəcəyini də deyib. Onun oğluna zəngindən sonra yerli polis və FHN məlumatlandırılıb. 

Qadının özünü atdığı yerdən pul kisəsi, əl çantası tapılıb. Hazırda onun meyitinin axtarışları davam etdirilir.

Səlminaz Rüstəmovanın atası Şahbaba Rüstəmov da illər əvvəl özünü Samur-Abşeron kanalına ataraq intihar edib. 

Qeyd edək ki, sözügedən qadının bir oğlu və qızı var. Qızı ailə qurduqdan sonra Türkiyədə yaşayır.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO