Xaçmazda oğurluq edən Goranboy sakinləri saxlanılıb - VİDEO

Xaçmazda oğurluq edən Goranboy sakinləri saxlanılıb - VİDEO

Hazırda oxunan: Xaçmazda oğurluq edən Goranboy sakinləri saxlanılıb - VİDEO

53818

Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini, ona məxsus mağazadan qapını sındırma yolu ilə oğurluq edilməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilmiş və oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Goranboy rayon sakinləri Elçin HüseynovPərvin Seyidov saxlanılıblar.

Həmin şəxslərin zərərçəkmişə aid mağazaya girərək müxtəlif növ ərzaq məhsulları, spirtli içkilər, 60 manat pul və 3170 manat dəyərində müxtəlif növ siqaretlər oğurladıqları müəyyən edilib.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO