Ağstafadakı dəhşətli qətlin təfərrüatları bəlli oldu

Ağstafadakı dəhşətli qətlin təfərrüatları bəlli oldu

Hazırda oxunan: Ağstafadakı dəhşətli qətlin təfərrüatları bəlli oldu

53801

Ağstafa rayonunda qadının həyat yoldaşını qətlə yetirməsinin bəzi təfərrüatı məlum olub.

Bizim.Media-nın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Aynur Abdullayeva Ağstafa Rayon Polis Şöbəsinə gedərək əri, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevi qətlə yetirdiyini etiraf edib.

MÖVZU İLƏ BAĞLI:

Ağstafa rayonunda dəhşətli qətl hadisəsi baş verib


O, hadisəni həyat yoldaşı ilə aralarında ailədaxili münaqişə zəminində yaranmış mübahisədən sonra törətdiyini bildirib.

A.Abdullayeva ötən gün səhər saatlarında E.Abdullayev yatan zaman balta ilə boynundan vuraraq onu öldürdüyünü etiraf edib.

O, əvvəlcə törətdiyi əməli gizli saxlamağa çalışsa da, yaxınları sonradan məsələdən xəbərdar olub.

Qeyd edək ki, onların 2 övladı var.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO