Ötən ilin kiber STATİSTİKASI - Azərbaycana fişinq hücumları artıb

Ötən ilin kiber STATİSTİKASI - Azərbaycana fişinq hücumları artıb

Hazırda oxunan: Ötən ilin kiber STATİSTİKASI - Azərbaycana fişinq hücumları artıb

53784

2021-ci ilin dekabr ayında Azərbaycanın ".az" domenində olan saytların hər 12-si nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

Bizim.Media məlumat verir ki, "Netcraft" analitik şirkətinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ay ərzində Azərbaycan saytlarının 3221-i fişinq hücumunun qurbanı olub ki, bu da ölkə üzrə ümumi qeydiyyatdan keçən saytların 8,3%-ni təşkil edir.

Keçən ilin dekabr ayı ərzində noyabrla müqayisədə fişinq hücumlarının sayında 17% artım müşahidə olunub.

Qeyd edək ki, bu günədək Azərbaycanda ".az" domeni ilə 38,6 mindən çox sayt qeydiyyatdan keçib.

"Netcraft"ın məlumatına görə, ay ərzində Ukraynada hər 136, Rusiyada 49, Belarusda 634, Latviyada 77, Litvada 161, Estoniyada 592, Qazaxıstanda 434, Özbəkistanda 59, Tacikistanda 282, Qırğızıstanda 520, Gürcüstanda 236, Ermənistanda isə 288 sayta bir uğurlu fişinq hücumu düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO