22 kişi həyat yoldaşı tərəfindən şiddətə məruz qalıb - TƏFƏRRÜAT

22 kişi həyat yoldaşı tərəfindən şiddətə məruz qalıb - TƏFƏRRÜAT

Hazırda oxunan: 22 kişi həyat yoldaşı tərəfindən şiddətə məruz qalıb - TƏFƏRRÜAT

53735

"Ötən il qaynar xəttə 332 nəfər tərəfindən müraciət olunub”.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin 2021-ci il üçün hesabatında qeyd edilib.

Bildirilib ki, məişət zorakılığı zəmnində 78 nəfər qadın, 22 nəfər kişi Birliyə müraciət edib.

Həmçinin 27 nəfər qadın həyat yoldaşları tərəfindən zorakılığa məruz qaldığı üçün, 59 nəfər qadın aliment tələbi ilə bağlı məsləhət istəyib.

Onların içində 118 nəfərin (həm qadın, həm də kişi) sosial problemlər və uşaqların sığınacağa yerləşdirilməsi ilə bağlı müraciətləri də yer alıb.

Qeyd edək ki, 2021-ci ildə qayna xəttə 10-18 yaş arası 28 nəfər yeniyetmə də müraciət edib. Buna səbəb isə ailə münaqişəsi, erkən nişanlanma, təhsildən uzaqlaşdırılma olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO