\

\"Ölməmişdən 15 dəqiqə əvvəl zəng etmişdi\" - Qətlə yetirilən gizirin ATASI - FOTO

Hazırda oxunan: \"Ölməmişdən 15 dəqiqə əvvəl zəng etmişdi\" - Qətlə yetirilən gizirin ATASI - FOTO

53669

Yanvarın 2-i saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu tərəfindən qətlə yetirilən 22 yaşlı Amin Cəlilzadə sonuncu dəfə Siyəzəndə, evlərində 2021-ci il sentyabr ayının 2-də olub.

Bu barədə Bizim.Media-ya mərhum sərhədçinin atası Fuar Cəlilzadə deyib. Hərbçinin atası bildirib ki, oğlu anası Sevdanın il mərasiminə gəlib.  
 

MÖVZU İLƏ BAĞLI:

DSX-nin hərbçilərini öldürən şəxs TUTULDU - RƏSMİ - VİDEO


Onun sözlərinə görə, Amin dünən hadisədən 15 dəqiqə əvvəl 17.45-də evə  zəng vurub.  “Söhbət zamanı yaxşı olduğunu dedi. Az sonra saat 18-də bu faciə baş verib”. 

Ata Aminin ailədə 3 qardaşın böyüyü olduğunu bildirib. Fuar Cəlilzadə oğlunun nəşinin bu gün Siyəzənə gətirilib dəfn ediləcəyini bildirib. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO