Dünən törədilən 37 cinayətin üstü açıldı - DİN-dən RƏSMİ 

Dünən törədilən 37 cinayətin üstü açıldı - DİN-dən RƏSMİ 

Hazırda oxunan: Dünən törədilən 37 cinayətin üstü açıldı - DİN-dən RƏSMİ 

53648

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılmışdır.

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Məlumatda həmçinin qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölmüş, 9 nəfər xəsarət alıb.

Narkotiklərlə əlaqəli isə 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 8 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər isə saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO