11 ildir atasını axtaran rusiyalı Svetlana onu Azərbaycandan tapdı – FOTO

11 ildir atasını axtaran rusiyalı Svetlana onu Azərbaycandan tapdı – FOTO

Hazırda oxunan: 11 ildir atasını axtaran rusiyalı Svetlana onu Azərbaycandan tapdı – FOTO

53645

Rusiyada yaşayan 32 yaşlı fotoqraf Svetlana Perşina azərbaycanlı atasını tapıb. 

Bizim.Media xəbər verir ki, Svetlana 21 yaşından atasını axtarıb və nəhayət onu tapıb. 9 yaşına qədər nənəsi ilə yaşayan Sevtlana onun ölümündən sonra uzun illər uşaq evində yaşayıb. Çünki anası psixiatrik xəstəxanada yatdığı üçün onu analıqdan məhrum ediblər.

Lakin 21 yaşında Svetlana öyrənib ki, onun atası Rafiq adlı şəxs Azərbaycanda yaşayır. Bundan sonra o, atasını axtarmaq qərarına gəlir. 


Svetlana anasından öyrənib ki, onun atası cərrah olub və Rusiyaya ezamiyyətə gəlib. Elə həmin gecəni anası ilə keçirən atası bir gündən sonra Azərbaycana öz ailəsinin yanına qayıdıb.

Beləliklə, o gündən sonra anası atası ilə görüşməyib. Daha sonra qadın hamilə olduğunu bilib və belə Sevtlana dünyaya gəlib. 

Sonda Svetlana azərbaycanlı, atası Rafiqi tapıb. Hazırda ata qız çox xoşbəxtdirlər. “Sputnik Azərbaycan”a danışan Sevtlana bildirib ki, atasını tapdığı üçün çox xoşbəxtdir. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO