Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində müşahidə edilən dumanlı hava ilə bağlı məlumat yayıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən, ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.
İnversiya dumanlarının əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir.
Nisbətən yuxarı təbəqədə temperaturun yüksək olması səbəbindən Xəzər dənizi üzərində formalaşan duman qatı Abşeron yarımadasına daxil olub. Bu günlərdə azhərəkətli hava kütləsi, zəif külək duman üçün əlverişli olub.
Yanvarın 2-də gecə və səhər saatlarında da dumanlı hava şəraiti davam edəcək. Gündüz saatlarından başlayaraq küləyin sürəti artanda duman olmayacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:07 / 01.01.2022
Müşahidə edilən dumanlı hava ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Müşahidə edilən dumanlı hava ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Müşahidə edilən dumanlı hava ilə bağlı RƏSMİ AÇIQLAMA
53514
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.