Müharibədən zərər çəkən insanlara maddi yardım göstəriləcək

Müharibədən zərər çəkən insanlara maddi yardım göstəriləcək

Hazırda oxunan: Müharibədən zərər çəkən insanlara maddi yardım göstəriləcək

5344

II Qarabağ savaşı zamanı mülki əhaliyə dəyən zərərlə bağlı Azərbaycan Prezidenti 6 noyabr 2020-ci il tarixli müvafiq sərəncam imzalayıb və rəsmi sənəddən irəli gələn Dövlət Komissiyası yaradılıb.

Bizim.Media xəbər verir ki, Sərəncamın icrasının təmin edilməsi üzrə Baş nazir tərəfindən Komissiyanın işinin təşkil edilməsi məqsədilə qərar qəbul edilərək 11 işçi qrup fəaliyyətə başlayıb.

Yaradılmış işçi qruplar 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlar üzrə monitorinqlər həyata keçirilər.

Məlumat bazasına mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyan və onun aradan qaldırılması ilə bağlı müfəssəl məlumatlar daxil edilir.

Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi, qiymətləndirilməsi və bərpası istiqamətində işlər təxirəsalınmadan davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO