2021-ci il iyulun 29-da deputat Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək, xəsarət yetirməsi də səs-küy yaratdı.
Bizim.Media xəbər verir ki, dekabrın 27-də məhkəmə hökmünə əsasən E. Səlimov 3 il 6 ay azadlıqdan məhrum edilib. Həmçinin, E.Səlimov 2 il 6 ay müddətinə vəzifə tuta bilməz.
MÖVZU İLƏ BAĞLI:
2021-də QARABAĞ hansı böyük şəhərlərdə müzakirə edilib? - NƏTİCƏLƏR
· Həbs həyatı yaşayan daha bir məmur isə Vüqar Səfərlidir. Uzun müddət KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsini icra edən V.Səfərliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açıldı. O, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.
· 2018 -ci ildə vəzifəsindən azad edilsə də, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2021 -ci ilin ilk aylarında həbs olundu. Hüquq-mühafizə orqanları tərəfindən ciddi korrupsiya faktları ilə bağlı saxlanılan Müslümovun istintaqı hələ də davam edir. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə haqqında həbs qətimkan tədbiri seçilib.
· Bir müddət həbs həyatı yaşayan Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılov da 2021-ci ildə qalmaqalı şəxs kimi yadda qaldı. Onun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildi. Həbsdəykən koronavirusa yoluxan sabiq deputat sentyabrın 20-də müalicə olunduğu "Yeni Klinika"da dünyasını dəyişdi.
· Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Kadr islahatları, korrupsiya ilə mübarizə fonunda 2022-də oxşar həbs və cinayət işlərinin davam edəcəyi gözlənilir.
Bizim.Media