Qusarda özünü asan şəxslə bağlı YENİ XƏBƏR - YENİLƏNİB

Qusarda özünü asan şəxslə bağlı YENİ XƏBƏR - YENİLƏNİB

Hazırda oxunan: Qusarda özünü asan şəxslə bağlı YENİ XƏBƏR - YENİLƏNİB

53393

Qusarın Samur qəsəbəsində 53 yaşlı Qeysəddin İslamovun özünü asmasının bəzi təfərrüatları məlum olub.

Bizim.Media-nın rayonun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, mərhum özünü yaşadığı evin tavanının tirindən qaytanla asıb.

Qeysəddin İslamovun spirtli içki aludəçisi olduğu deyilir.

Qusar rayon prokurorluğunda araşdırma başlanıb.

***

Qusarda ilin son günü intihar hadisəsi qeydə alınıb.

Bizim.Media-nın məlumatına görə, rayonun Samur qəsəbə sakini Qeysəddin Şahnamaz oğlu İslamov özünü asıb.

Hadisə yerinə Qusar rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları gedib.

Mərhumun meyiti tibbi ekspertiza üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə gətirilib.

Qusar rayon mərkəzi xəstəxanasının mətbuat xidməti faktı təsdiqləyib.

İntiharın başvermə səbəbi araşdırılır. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO