Bayram günlərində Bakının bu ərazilərində maşınların park edilməsi QADAĞANDIR - RƏSMİ 

Bayram günlərində Bakının bu ərazilərində maşınların park edilməsi QADAĞANDIR - RƏSMİ 

Hazırda oxunan: Bayram günlərində Bakının bu ərazilərində maşınların park edilməsi QADAĞANDIR - RƏSMİ 

53350

"Bayram günlərində polis gücləndirilmiş iş rejimi ilə xidmət göstərəcək. O, cümlədən Bakı Şəhər Yol Polisi də təhlükəsizliyi təmin edilməsi üçün bütün ərazini nəzarətə götürüb".

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qanunsuz parkinqlə bağlı SƏRT TƏDBİRLƏR başladı


O, Dənizkənarı Milli Park ərazisinə maşınla gələn sürücülərə xəbərdarlıq edib:

"Paytaxtın Dənizkənarı Bulvar boyu Azneft dairəsindən Neftçilər prospekti və Bayraq meydanı istiqamətində  maşınların saxlanılması mümkünsüzdür. Yalnız Azaldıq meydanında nəqliyyat vasitələrinin dayanmasına, park edilməsinə icazə verilir. Bu tələblər düzgün yerinə yetirilmirsə, tərəfimizdən qanuni tədbirlər görüləcəkdir. Xahiş edirik ki, bu tələbə çox ciddi reaksiya verərək, düzgün yerinə yetirəsiniz".

Vaqif Əsədov Bizim.Media vasitəsi ilə vətəndaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib:

"Öz və şəxsi heyətimiz adından vətəndaşlarımıza bayram münasibətilə təbriklərimizi çatdırırıq".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO