Zakir Həsənov yaralı hərbçilərimizə baş çəkdi - FOTO

Zakir Həsənov yaralı hərbçilərimizə baş çəkdi - FOTO

Hazırda oxunan: Zakir Həsənov yaralı hərbçilərimizə baş çəkdi - FOTO

53333

Bu gün Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Bizim.Media Müdafiə Nazirliyindən  verilən məlumata istinadən xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda hərbi hissələrdə yeni obyektlər istifadəyə verildi - VİDEO


Müdafiə naziri general-polkovnik Z.Həsənov hospitalda müalicə olunan, o cümlədən Vətən müharibəsində yaralanan bir qrup hərbi qulluqçu ilə görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdıraraq dövlətimizin başçısı adından bayram sovqatlarını təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO