Cəlilabadda qəza: Polis əməkdaşının avtomobili aşdı

Cəlilabadda qəza: Polis əməkdaşının avtomobili aşdı

Hazırda oxunan: Cəlilabadda qəza: Polis əməkdaşının avtomobili aşdı

53226

Cəlilabad Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı Tural Atakişiyev yol qəzasına düşüb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, T.Atakişiyev dekabrın 29-da axşam saatlarında xidmətdən kənar vaxtda “VAZ-21214” markalı şəxsi avtomobili ilə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib. 

Nəticədə nəqliyyat vasitəsi aşaraq yol kənarına düşüb.

Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq onun sonradan Bakıya təxliyə edildiyi deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO