Millət vəkili Fazil Mustafa İctimai Televiziyanın fəaliyyətini niyə tənqid edir?

Millət vəkili Fazil Mustafa İctimai Televiziyanın fəaliyyətini niyə tənqid edir?

Hazırda oxunan: Millət vəkili Fazil Mustafa İctimai Televiziyanın fəaliyyətini niyə tənqid edir?

53201

Bizim.Media xəbər verir ki, deputat Fazil Mustafa İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında  qərar layihəsinin müzakirəsi zamanı bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda “pik saat” anlayışı yoxdur, insanlar gün boyu tıxacda qalır” – Fazil Mustafa


"Parlamentdə bu gün müxtəlif mövqelər daşıyan şəxslər var. Parlamentdəki çıxışları isə ən az cəmiyyətə çatdıran televiziya İctimai Televiziyadır. Onlar bunun əvəzinə millət vəkillərinin kollajını yayıb belə yanaşma ilə millətin diqqətini qazanmaq istəyirlər. Siz təndiq edə bilərsiniz, amma digər məsələləri də cəmiyyətə çatdırın. İctimai Televiziyanın funksiyası AzTV-dən fərqlidir. Büdcədən vəsait alırsınız. Deməli dövlət və cəmiyyətin də işlərinə yarımaq lazımdır".

Deputat həmçinin qeyd edib ki, televiziya parlamentin fəaliyyətini də lazımi dərəcədə işıqlandırmır.

Onun həmkarı Etibar Əliyev də onun fikirləri ilə tam razı olduğunu deyib. O, bildirib ki, televiziyada maarifləndirici bir veriliş yoxdur. “Bunun əvəzinə onların efirində məktəbdə pul yığımı ilə bağlı müzakirələr aparırlar. Ekspert adı altında proseslərdən tam xəbərsiz insanları ora çağırıb, özlərinə reytinq qazanırlar”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO