Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində COVID-19 infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il yanvarın 1-dək uzadılıb.
Qeyd edək ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə müəyyən edilib.
İndiyə qədər qüvvədə olan qərara əsasən, müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il iyulun 1-dən 2021-ci il noyabrın 1-dək olan müddət üçün ödənilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:07 / 30.12.2021
Baş nazirdən tibb işçiləri ilə bağlı QƏRAR - Müddət uzadıldı
Hazırda oxunan: Baş nazirdən tibb işçiləri ilə bağlı QƏRAR - Müddət uzadıldı
Hazırda oxunan: Baş nazirdən tibb işçiləri ilə bağlı QƏRAR - Müddət uzadıldı
53167
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.