Yol polisindən sürücülərə MÜRACİƏT – Bayram günlərində…

Yol polisindən sürücülərə MÜRACİƏT – Bayram günlərində…

Hazırda oxunan: Yol polisindən sürücülərə MÜRACİƏT – Bayram günlərində…

53164

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayramla əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən Bizim.Media-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə bağlı bayram günlərinin xoş əhval-ruhiyyə ilə keçirilməsi üçün onları küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb. 

"Əvvəlki illərin təcrübəsindən məlumdur ki, bayramla əlaqədar qeyri-iş günlərində şəhər sakinləri respublikanın müxtəlif bölgələrində yerləşən istirahət zonalarına, rayonlardan isə əhali paytaxta səfər edir.

Bu səbəbdən nəqliyyatın hərəkət intensivliyinin yüksəlməsi müşahidə olunur və bəzi sürücülərin tələskənliyi, mövcud hərəkət şəraitini nəzərə almadan müəyyən edilmiş sürət həddini aşmaları, araməsafəsi, ötmə və manevr etmə qaydalarını pozmaları yollarda qəzaların baş vermə ehtimalını artırır.
Göstərilənləri nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yol hərəkəti qaydalarını pozmamağı, uzaq məsafələrə günün işıqlı vaxtında yola düşməyi, fasiləsiz uzun müddət avtomobil sürməməyi, səfərə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, təhlükəsizlik kəmərini özləri ilə yanaşı sərnişinlərin də bağlamasını təmin etməyi, yolboyu nəqliyyat vasitələrinin sürətini və istiqamətini, eləcə də hava şəraitini düzgün qiymətləndirməyi, yuxusuz və sərxoş vəziyyətdə sükan arxasına əyləşməməyi, piyadalara isə səkilərlə hərəkət etməyi, avtomobil yollarına çıxmamağı, yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçməyi tövsiyə edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO