Gəncədə şəhid və qazi övladları üçün Yeni il şənliyi - FOTO

Gəncədə şəhid və qazi övladları üçün Yeni il şənliyi - FOTO

Hazırda oxunan: Gəncədə şəhid və qazi övladları üçün Yeni il şənliyi - FOTO

53155

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncədə şəhid, qazi övladları, o cümlədən SOS Uşaq Kəndinin və Gəncə Uşaq Evinin kiçik sakinləri üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şənlik təşkil olunub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə Dövlət Filarmoniyasında gerçəkləşən şənlikdə  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. 

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən Niyazi Bayramov körpə balaları qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. 

Gəncə Dövlət Filarmoniyasının səhnəsində istedadlı uşaqların ifasında “Vətəndən pay olmaz”, “Toy olsun”, “Gəl ey səhər” və digər maraqlı bəstəkar mahnıları səsləndirilib, “Xəmsə” Ritm Qrupunun çıxışı izlənilib, baletmeystr Sənan Cavadovun rəhbərliyi ilə bir-birindən maraqlı rəqslər nümayiş etdirilib. 

Tədbirin davamı olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün ziyafət təşkil olunub.

Ziyafətdə  Türkiyənin Gəncədəki Baş konsulluğu tərəfindən uşaqlara üzrərində Türkiyə və Azərbaycan bayraqları əks olunan köynəklər hədiyyə olunub.

Bundan başqa  Yeni il bayramının ənənəvi personajları olan Şaxta baba və Qar qız şənliyə qatılaraq uşaqları təbrik edib, balacalara Gəncə Şəhər İcra Hakimiyyəti adından bayram hədiyyələri paylayıb və onlarla birgə rəqs edərək tədbirə əlavə rəng qatıblar.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO