16 yaşlı məktəbli niyə qətlə yetirilib?

16 yaşlı məktəbli niyə qətlə yetirilib?

Hazırda oxunan: 16 yaşlı məktəbli niyə qətlə yetirilib?

5312

Zaqatalada 16 yaşlı məktəblinin qətlə yetirilməsinin ilkin səbəbi məlum olub. 

Milli.Az xəbər verir ki, APA-nın məlumatına görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilən məktəblinin Zaqatala şəhəri İmam Şamil küçəsində yaşayan, 1999-cu il təvəllüdlüİbrahim Ramin oğlu Əsədzadə olduğu məlum olub.

Aparılan araşdırma zamanı məlum olub ki, Əsədzadəni Zaqatala şəhər sakini, 2001-ci il təvəllüdlü Murad Möhsüm oğlu Məmmədov qətlə yetirib. 14 yaşlı Murad Məmmədov tutularaq istintaqa təhvil verilib.

Hadisənin baş vermə səbəbləri Zaqatala Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Zaqatala Rayon Prokurorluğundan Milli.Az-a isə bildiriblər ki, hadisə oktyabrın 14-də saat 21:00 radələrində baş verib. 

İlkin istintaq zamanı məlum olub ki, Murad Məmmədov özündən 2 yaş böyük Ramin Əsədzadəyə şəxsi münasibətlər zəminində, daha doğrusu, aralarında baş verən mübahisədən sonra çoxsaylı bıçaq zərbələri endirib. 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.

Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO