Qızıl Aypara Cəmiyyəti 2021-ci ilin yekunlarını açıqlayıb. Təşkilatın illik fəaliyyyətinin yekunları ilə bağlı İstanbulda təşkil edilmiş mətbuat konfransında Cəmiyyətin Türkiyə ofisinin rəhbəri Kərəm Kınık il ərzində 51 fərqli ölkədə 45 milyon insana yardım göstərdiklərini bildirib.
Kərəm Kınıkın sözlərinə görə Qızıl Aypara Cəmiyyəti üçün hazırda Qarabağda mərkəz inşa olunur.
Maraqlıdır, həmin mərkəzin Qarabağ və azad edilən bölgələrimizə hansı töhfəsi olacaq?
MÖVZU İLƏ BAĞLI:
Qurban Yetirmişli: “Gələn il Qarabağda 4 seysmik stansiya quraşdırılacaq”
Milli Məclisin deputatı Razi Nurullayev Bizim.Media-ya açıqlamasında Qızıl Aypara Cəmiyyətinin müxtəlif xeyriyyə məsələlərində iştirak etdiyini vurğulayıb:
“Cəmiyyət ehtiyacı olan insanlara yardım edir. Qarabağda məskunlaşma getdikcə ora köçən insanların bu və ya digər məsələlərdə ehtiyacı yaranacaq. Hazırda orada yaşayan və işləyən insanlar var.Yəqin ki, Cəmiyyət onlara yardım etməklə məşğul olacaq. Paltar, ərzaq və digər ehtiyacların aparılması üçün işlər aparılacaq. Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin əsasında dayanan məsələ məhz budur”.
Deputat qeyd edib ki, əslində Qızıl aypara Cəmiyyətinin müxtəlif bölgələrdə filialları var:
“O filiallar vasitəsilə əahatəsində olan rayonlara xidmət göstərirlər. İndi də Qarabağ filialı açılacaq və bütün Qarabağa yardım xidmətləri göstəriləcək”.
Alçina Amilqızı, Bizim.Media