Yüksək vəzifəli şəxs işdən çıxdı - FOTO

Yüksək vəzifəli şəxs işdən çıxdı - FOTO

Hazırda oxunan: Yüksək vəzifəli şəxs işdən çıxdı - FOTO

53075

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə işdən çıxıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı o, Faceook səhifəsində paylaşım edib.

“Dövlət qulluğunda 15 illik bir dövrü dövlətimizə, vətənimizə və cəmiyyətimizə vicdanla və şərəflə xidmət edərək başa vurduq.

Artıq iş həyatımın növbəti mərhələsini Nazirlikdən ayrılaraq digər istiqamətlərdə fərqli statusda inkişaf etdirmək qərarını verdim. Həyatımda hər zaman zəka və duyğuların gücünə inandım və mümkünsüz görünən ideyaların reallaşması üçün mübarizə apardım. Bu yolda bu illər ərzində mənə dəstək olan komanda yoldaşlarıma, həmkarlarıma, çalışdığım Nazirliyin rəhbərliyinə və ailəmə sonsuz təşəkkür edirəm”, deyə o, qeyd edib.

V.Eyvazzadə fəaliyyətini digər istiqamətlərdə fərqli statusda davam etdirəcəyini açıqlayıb:

"Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının rəhbəri olaraq komandamızla birlikdə ölkəmizdə yaradıcılıq, innovasiya və texnologiyaların uzlaşdığı bir sahənin-yaradıcı sənayelərin real inkişafına, həmçinin ölkəmizin yumşaq güc siyasətinin beynəlxalq müstəvidə həyata keçməsinə müxtəlif platformalar vasitəsilə dəstək olmağa davam edəcəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO