Keçmiş MTN polkovniki tutuldu – DTX-nın ƏMƏLİYYATI

Keçmiş MTN polkovniki tutuldu – DTX-nın ƏMƏLİYYATI

Hazırda oxunan: Keçmiş MTN polkovniki tutuldu – DTX-nın ƏMƏLİYYATI

53012

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki və Lənkəran Dövlət Universitetinin keçmiş prorektoru Bahadır Qocayev külli miqdarda dələduzluqda ittiham olunur.

Bizim.Media xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Bahadur Qocayev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsilə təqsirli bilinir.

Daxil olan məlumata görə, keçmiş MTN vəzifəli şəxsi 70 min manatdan çox pulu mənimsəməkdə günahlandırılır.

B.Qocayev barəsində istintaq tərəfindən toplanan sübutlar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Bahadır Qocayev vaxtilə MTN-nin Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub.

Keçmiş nazir Eldar Mahmudov işdən çıxarıldıqdan və "MTN işi" ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb. 2016-cı ildə LDU-nun Ümumi işlər üzrə prorektoru təyin edilib və bir müddət sonra bu vəzifəsindən də azad edilib.
Bundan başqa, vəzifədə olduğu vaxt vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb (sfera.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO