The Times of India: “Onlar məkirli insanlara çevrilirlər” – 5 TİP ADAM

The Times of India: “Onlar məkirli insanlara çevrilirlər” – 5 TİP ADAM

Hazırda oxunan: The Times of India: “Onlar məkirli insanlara çevrilirlər” – 5 TİP ADAM

53004

“The Times of India” beş bürcün adını çəkib ki, onların nümayəndələri qəzəb, məyusluq, kədər və digər neqativ emosiyaların təsiri altında məkrli və hətta təhlükəli insanlara çevrilirlər. 

Bizim.Media xəbər verir ki, Əkizlər bürcü hamıdan ünsiyyətcildir və inanılmaz manipulyatorlardır. 

İnsanlarla ünsiyyət qurmağı yaxşı bildikləri üçün həmsöhbətin zəif tərəflərini asanlıqla öyrənir. Buna görə də, bəzən Əkizlər bu məlumatı zərbə vurmaq üçün istifadə edə bilirlər.

Əqrəblər onları incidənləri heç vaxt bağışlamazlar. Əvəzində düşmənlərindən qisas almaq üçün plan quracaqlar. Əqrəblər də manipulyasiyaya meyllidirlər və kimsə tərəfindən xəyanət edilərsə, son dərəcə təhlükəli ola bilərlər. Bu bürcün nümayəndələri heç bir şeyi unutmurlar. 

Dolçalar emosiyaları gizlətməkdə və idarə etməkdə mükəmməldirlər, bunun sayəsində başqa bir insan onlara xəyanət edərsə, onu xüsusi səy göstərmədən məhv edəcəklər. Dolçalar birdən-birə sirli və səssiz olurlarsa, bu, onların məkrli bir plan qurduqlarının ilk əlamətidir. 

Balıqların təhlükəsi odur ki, onlar çox həssasdırlar və sevdikləri bir insana o dərəcədə bağlı olurlar ki, bu, vəsvəsəyə çevrilir. Xüsusilə tərəfdaşa tam etibar etməsələr. Balıqlar isə çox əsəbiləşdikdə, istədiklərini etməyə başlayırlar. Belə anlarda bu bürcün nümayəndələri etdiklərinin təhlükəli olub-olmaması barədə düşünmürlər. Onlar bu cür qisas alırlar.

Şöhrətpərəstlik və güc ehtirası Qoç bürcünü yenilməz edir. Buna görə də, bir anda amansız ola bilərlər, çünki qarşılarında başqa insanların qoyduğu sərhədləri görməyi dayandırırlar. Qoçlar istədiklərini əldə etmək üçün hər şeyi edəcəklər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO