Azərbaycanda sərxoş şəxs yataqxananı yandırdı - VİDEO

Azərbaycanda sərxoş şəxs yataqxananı yandırdı - VİDEO

Hazırda oxunan: Azərbaycanda sərxoş şəxs yataqxananı yandırdı - VİDEO

52990

Şirvanda sərxoş vəziyyətdə olan şəxs yataqxanada yanğın törədib.

Bizim.Media xəbər verir ki, hadisə Şirvan şəhəri Fariz Eynullayev küçəsi 13 ünvanında yerləşən yataqxanada qeydə alınıb.

Hadisə kişinin yaşadığı 5 mərtəbəli yataqxana binasının 4-cü mərtəbəsindəki mənzildə təşkil olunmuş içki məclisindən sonra baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və başqa mənzillərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı mənzilləri bürüyən tüstüdən 3 nəfər zəhərlənərək Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Yataqxana sakinləri müvəqqəti olaraq binadan təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO