Qusarda ana və oğlu yol qəzasında ağır xəsarət alıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Çiləgir kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1964-cü il təvəllüdlü Əmirova Züleyxa Əkbər qızı və oğlu Əmirov Ramiz Yüsif oğlu ağır xəsarətlər alıblar.
Yaralılar əvvəlcə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin vəziyyətləri ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətiriliblər.
Müayinə zamanı Z.Əmirovaya qapalı kəllə-beyin travması, sağ bazu sümüyünün və sağ ayağının sınığı, R.Əmirova isə qapalı kəllə-beyin travması, sağ qamış sümüyünün və qabırğaların sınığı diaqnozları qoyulub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:35 / 29.12.2021
Qusarda 2 avtomobil toqquşdu: ana və oğlu ağır yaralandı
Hazırda oxunan: Qusarda 2 avtomobil toqquşdu: ana və oğlu ağır yaralandı
Hazırda oxunan: Qusarda 2 avtomobil toqquşdu: ana və oğlu ağır yaralandı
52977
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.