Azad edilmiş ərazilərdə TV-radio yayımı təşkil ediləcək

Azad edilmiş ərazilərdə TV-radio yayımı təşkil ediləcək

Hazırda oxunan: Azad edilmiş ərazilərdə TV-radio yayımı təşkil ediləcək

52965

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar İşçi Qrupunun növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda işğaldan azad edilmiş ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası məqsədilə cari il ərzində yerinə yetirilən işlər, hazırda icrası davam edən layihələr barədə ətraflı məlumatlar verilib.

Həmçinin, işğaldan azad edilmiş ərazilərdə inşa olunacaq nəqliyyat infrastrukturunun vahid planı barədə iclas iştirakçılarına geniş məlumat verilib və plan ətrafında müzakirələr aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

QƏRAR VERİLDİ: Şuşa və Hadrutda tezliklər müəyyənləşdi


İcra edilən layihələrin prioritetliyi müəyyən edilməklə tikinti və bərpa işləri aparılacaq ərazilərin minalardan təmizlənməsi, bölgədə telekommunikasiya şəbəkələrinin qurulması, o cümlədən radio-televiziya yayımının təşkili, rayonlararası magistral fiber-optik xətlərin çəkilməsi, xüsusi rabitə xidmətlərinin təşkili, mobil rabitə xidmətlərinin göstərilməsi və əhatə dairəsinin genişləndirilməsi, tələbata uyğun olaraq daxili rabitə şəbəkələrinin layihələndirilməsi və qurulması məsələləri üzrə müzakirələr aparılıb, layihələrin icrası ilə bağlı təkliflər və aidiyyəti üzrə tapşırıqlar verilib. 

Bununla yanaşı, nəqliyyat və rabitə infrastrukturunun bərpası üzrə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrup vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, eləcə də hazırda icra edilən və planlaşdırılan infrastruktur layihələrinin Qarabağ Rəqəmsal Geoİnformasiya Sisteminə işlənməsi və mütəmadi olaraq yenilənməsinin vacibliyi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO