Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) fəaliyyəti ilə tanış olub.
Bizim.Media nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, F.Qayıbov əvvəlcə Binə Atçılıq Mərkəzində yaradılmış şəraitlə maraqlanıb, idmançıların məşq prosesini izləyib.
MÖVZU İLƏ BAĞLI:
QARABAĞIN SİMVOLU - Qarabağda daha bir neçə atçılıq zavodu tikiləcək
Federasiyanın baş katibi Bəhruz Nəbiyev ARAF-ın fəaliyyəti və bu idman növünün inkişafı üçün görülən işlər barədə məlumat verib.
Nazir çövkən, polo və cıdır yarışlarının keçirildiyi qapalı və açıq manejlərə baxıb, burada atçılıq idman növünün inkişafı üçün yaradılmış şəraitlə maraqlanıb.
Bizim.Media