“Bəzi həkimlərimizin verdiyi məlumatlar həqiqəti əks etdirmir” - Yaqut Qarayeva

“Bəzi həkimlərimizin verdiyi məlumatlar həqiqəti əks etdirmir” - Yaqut Qarayeva

Hazırda oxunan: “Bəzi həkimlərimizin verdiyi məlumatlar həqiqəti əks etdirmir” - Yaqut Qarayeva

52934

“Təəssüf ki, bəzi həkimlərimizin verdiyi məlumatlar həqiqəti əks etdirmir”.

Bizim.Media-nın məlumatına görə bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB-dən uşaqlar arasında yayılan xəstəliklə bağlı AÇIQLAMA


​​​​​​​O qeyd edib ki, "delta" ştammının aşkar olunması, yayılması, dominant olması barədə ötən brifinqdə elan verilib.

"Xüsusən, qeyd etdik ki, artıq ölkədə yayılan virus növü məhz "delta" növüdür. "Delta" ştammının aşkarlana bilinməməsi haqqında deyilənlər yalan məlumatdır. Ölkəmizdə bu ştamm aşkar edilə bilir. O ki qaldı uşaqlar arasında yayılan xəstəliyə, mövsümi olaraq payız-qış mövsümündə yüksək qızdırma, boğazağrısı simptomları ilə respirator xəstəliklər hər zaman olub", - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO