Hamilə və südəmər qadınlara vaksin vurulması tövsiyə olundu

Hamilə və südəmər qadınlara vaksin vurulması tövsiyə olundu

Hazırda oxunan: Hamilə və südəmər qadınlara vaksin vurulması tövsiyə olundu

52929

Azərbaycanda hamilə və südəmər qadınlara vaksin vurulması tövsiyə olunur.

Bizim.Media xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

MÖVZU İLƏ BAĞLI:

Operativ Qərargahın brifinqi başladı – CANLI YAYIM

Onun sözlərinə görə, ölkədə nadir hallarda hamilələr könüllü şəkildə koronavirus əleyhinə vaksin vurdururlar:

“Yəni hamilələr arasında vaksinasiya halı elə də çox yayılmayıb. Artıq çəkisi, xroniki xəstəliyi olan hamilələr mütləq vaksinasiyadan keçməlidirlər. Bu, ümumdünya praktikasıdır və heç nədən qorxmaq lazım deyil. Virusa yoluxan hamilələr xüsusi şəraitdə müalicə alırlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO