Dəlixanada Şəhanə addım...

Dəlixanada Şəhanə addım...

Hazırda oxunan: Dəlixanada Şəhanə addım...

52862

Moderator.az-a müraciət edən  Ucar rayonu S. Vurğun küçəsi ev 21-də məskunlaşan Əhmədov Hüseyn Canpolad oğlu 1 saylı Maştağa Ruhi Əsəb Dispanserinin Narkalogiya  şöbəsinin müdiri ilə bağlı ciddi ittihamlar səsləndirib:

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 1 saylı Ruhi Əsəb Dispanserində  açıq-aşkar korrupsiya, özbaşınalıq, soyğunçuluq baş alıb gedir. Bu özbaşınalığın qarşısını alan yoxdur. Atam Əhmədov Canpolad Ağali oğlu 1 ildir ki, 1 saylı Maştağa Ruhi Əsəb Dispanserində   Narkalogiya  şöbəsində müalicə olunur. Özü də I qrup əlildir. Həmin şöbənin Şəhanə adlı baş həkimi atamın pensiya kartını götürüb indiyə qədər pensiyasını alıb mənimsəmişdir.Bundan başqa biz hər ay Şəhanə həkimə istədiyi pulu vermişik ki, atamı yaxşı müalicə etsin. Biz  elə bilmişik ki, bu belə olmalıdır, xəstənin təqaüdünü müalicə həkimi almalıdır. Bizə məlum olandan sonra ki, bu qanunsuzluqdur, yəni aldanmışıq,  20.08.2014-cü il tarixdə Şahanə həkimdən atamın pensiya kartını geri istədik. O,səs-küy saldı, dedi bu, qanunidir, ruhi xəstənin pensiyasını baş həkim almalıdır. Qeyd edim ki. Bir ildir ki, atamın pensiyasını Şəhanə həkim alıb mənimsəyir, bundan başqa hər ay bizdən müalicə pulu alır. Şahanə həkim indiyədək bizi soyub. Mən bu qanunsuzluqla əlaqədar bütün aidiyyatı orqanlara -  Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə , səhiyyə naziri Oktay Şirəliyevə, ombudsmana  həm yazılı, həmdə qaynar xəttlərlə zəng edib şikayət etmişəm. Oktay Şirəliyevin tabeçiliyində baş alıb gedən açıq-aşkar soyğunçuluqdan məlumatı yoxdusa bilsin və qanunu tədbir görsün. Mən bilirəm ki, bizim şikayətlərimizdən  sonra atamın həyatı təhlükədə olacaq. Buna görə də mətbuat vasitəsi ilə də prezidentə , baş prokurora, səhiyyə naziri Oktay Şirəliyevə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərinə və ombudsmana müraciət edib xahiş edirəm  bizə kömək edin, korrupsiyaya qurşanmış 1 saylı Ruhi Əsəb Dispanserinin Şəhanə adlı həkimi barədə qanunu tədbirlər görəsiniz...”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO