XİN-ə qəbul üçün keçirilən sınaq imtahanının nəticələri elan edildi

XİN-ə qəbul üçün keçirilən sınaq imtahanının nəticələri elan edildi

Hazırda oxunan: XİN-ə qəbul üçün keçirilən sınaq imtahanının nəticələri elan edildi

52831

Dövlət İmtahan Mərkəzi (DIM) dekabrın 26-da Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 10:25-dən etibarən elan edib.

DİM-dən Bizim.Media-ya verilən məlumata görə, hər bir iştirakçı qurumun internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Namizədlər imtahan nəticələri barədə məlumatı iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edilib ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 199 nəfərdən 14 nəfər imtahana gəlməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO