Ağstafada əhalidən 3 ədəd qanunsuz ov tüfəngi götürüldü

Ağstafada əhalidən 3 ədəd qanunsuz ov tüfəngi götürüldü

Hazırda oxunan: Ağstafada əhalidən 3 ədəd qanunsuz ov tüfəngi götürüldü

52826

Ağstafa rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində silah olması barədə məlumat daxil olub.

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər. 

Araşdırmalar zamanı 3 ədəd qanunsuz ov tüfəngi aşkar edilərək götürülüb. 

Qeyd edək ki, cari il ərzində RPŞ əməkdaşlarının gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması məqsədi ilə keçirdikləri müvafiq tədbirlər nəticəsində ümumilikdə 9 ədəd müvafiq sənədləri olmayan silah aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO