Deputat toxunulmazlığı ləğv edilən Eldəniz Səlimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bizim.Media xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
MÖVZU İLƏ BAĞLI:
Polisi döyən deputatın həbsi ev dustaqlığı ilə ƏVƏZLƏNİR?
Hökmə əsasən, E. Səlimov 3 il 6 ay azadlıqdan məhrum erdilib. Həmçinin, E.Səlimov 2 il 6 ay müddətinə vəzifə tuta bilməz.
Qeyd edək ki, E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə mühakimə olunurdu.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəasində həbs qətimkan tədbiri seçilmişdi.
Bizim.Media