Elman Nəsirov: “Cənub bölgəsində erkən nikah böyük problemdir”

Elman Nəsirov: “Cənub bölgəsində erkən nikah böyük problemdir”

Hazırda oxunan: Elman Nəsirov: “Cənub bölgəsində erkən nikah böyük problemdir”

52669

"Erkən nikah daha çox Azərbaycanın cənub bölgəsində özünü göstərir".

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elman Nəsirov bildirib.

Millət vəkili cənub bölgəsində qız uşaqlarının 9-cu sinifdən sonra məktəbdən uzaqlaşdırıldığını qeyd edib:

"Azərbaycan Respublikası qadına dünyada ilk dəfə seçki hüququ verən Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan AXC-nin elə varisidir ki, Azərbaycan qadını bu gün vitse-prezidentdir, parlament sədridir.
Bunu deməklə qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti gender bərabərliyində maraqlıdır. Lakin bu istiqamətdə bir sıra problemlər hələ də qalır. Cənub bölgəsində erkən nikah böyük problemdir. Qız şagirdləri 9-cu sinifdən sonra məktəbdən çıxarılır və bu, böyük biabırçılıqdır. Digər regionlara nisbətdə cənub bölgəsində bu problem getdikcə genişlənir. Bu gün mən həyəcan siqnalı salmaq istəyirəm".

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO