Azərbaycanda intihar edənlərin çoxu kişidir - Komitə sədrindən SOS

Azərbaycanda intihar edənlərin çoxu kişidir - Komitə sədrindən SOS

Hazırda oxunan: Azərbaycanda intihar edənlərin çoxu kişidir - Komitə sədrindən SOS

52649

Kişilər arasında intihar halları qadınlara nisbətən daha çox baş verir.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı”nın təqdim edərkən deyib.

Komitə sədri bildirib ki, bu istiqamətdə dövlət komitəsi bir sıra tədbirlər həyata keçirib. O, cəmiyyətin qadın intiharlarına qarşı daha həssas olduğunu bildirib.

Qeyd edək ki, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda bildirilib ki, 2019-2020-ci illərdə ölkədə 1 182 intihar və 1 830 intihara cəhd baş verib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO