Qadın sürücü İcra Hakimiyyətində çalışan şəxsi vurdu

Qadın sürücü İcra Hakimiyyətində çalışan şəxsi vurdu

Hazırda oxunan: Qadın sürücü İcra Hakimiyyətində çalışan şəxsi vurdu

52628

Bakı-Quba yolunda piyadanı maşın vurub.

Bizim.Media xəbər verir ki, hadisə yolun 126-cı kilometrliyində qeydə alınıb.

Bakının Yasamal rayon sakini Məmmədova Leyla Vahid qızı idarə etdiyi “Jeep” markalı 10-GD-016 dövlət qeydiyyat nişanlı maşınla piyada - Şabran rayonu, Dəvəçi kənd sakini, 1977-ci il təvəllüdlü Səbuhi Bayramovu vurub.

Ağır bədən xəsarətləri alan piyada Şabranda ilkin tibbi yardım göstərildikdən sonra paytaxtda yerləşən tibb müəssisələrindən birinə köçürülüb.

Qeyd edək ki, S. Bayramov Şabran Rayon İcra Hakimiyyətinin komendantı vəzifəsində çalışır.

Faktla bağlı araşdırmalar davam etdirilir.( APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO