Sosial şəbəkələrdə bir çox insanın şəxsi foto və videogörüntülərini ələ keçirərək onlardan pul tələb edən şəxs müəyyən edilib.
Bizim.Media xəbər verir ki, prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla sosial şəbəkə istifadəçilərini şantaj edən Bakı şəhər sakini Kamran İsgəndərov saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Sosial şəbəkə DİLƏNÇİLƏRİ: Hicablı fırıldaqçılar yetimə dəstək adı ilə insanları necə aldadır?
K.İsgəndərov barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılaraq, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, prokurorluq və polis əməkdaşları tərəfindən sosial şəbəkələrdə bu kimi qanunsuz hərəkətlərə yol verən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. (APA)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:18 / 26.12.2021
Bakıda sosial şəbəkə istifadəçilərini şantaj edən şəxs həbs edildi - FOTO
Hazırda oxunan: Bakıda sosial şəbəkə istifadəçilərini şantaj edən şəxs həbs edildi - FOTO
Hazırda oxunan: Bakıda sosial şəbəkə istifadəçilərini şantaj edən şəxs həbs edildi - FOTO
52556
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.